Rusiya Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəlişlə bağlı məhdudiyyətləri aradan qaldırıb
Rusiya Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəlişlə bağlı məhdudiyyətləri aradan qaldırıb

 
Rusiya Gürcüstan vətəndaşları üçün vizasız rejimi genişləndirib. Məlumatı rus mediası yayır.

Medianın yazdığı kimi, müvafiq qərarı Rusiyanın Prezidenti Vladimer Putin verib.

Rus mediasının verdiyi məlumat üzrə, hüquqi aktlar portalında dərc olunan qərarın yeni variantı əvvəllər vizanın zəruri olduğu istisnaları artıq ehtiva etmir.

Rus media saytında dərc olunmuş məlumata əsasən, indi Gürcüstan vətəndaşları təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq və ya Rusiya ərazisində 90 gündən artıq qalmaq üçün Rusiya Federasiyasına vizasız daxil ola biləcəklər.