Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etdi
Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etdi

Rusiya Federasoyası Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etdi. Müvafiq fərmanı Rusiya prezidenti Vladimir Putin verdi.

Fərmana əsasən, Gürcüstan vətəndaşları üçün viza rejimi 15 maydan ləğv olunur.

Rusiya prezidentinin müvafiq fərmanı hüquqi informasiyanın rəsmi internet portalında dərc olundu.

Sənədə əsasən, Gürcüstan vətəndaşları Rusiya ərazisinə passportla daxil ola bilərlər. İstisna Rusiyaya işləmək üçün gedən və ya 90 gündən çox qalmağı planlaşdıran vətəndaşlara şamil edilir.