Rusiya gecə Ukrayna istiqamətində 104 pilotsuz uçuş aparatı buraxıb, Ukrayna 76-nı vurmağa müvəffəq olub
Rusiya gecə Ukrayna istiqamətində 104 pilotsuz uçuş aparatı buraxıb, Ukrayna 76-nı vurmağa müvəffəq olub

 

Rusiya gecə Ukrayna istiqamətində 104 pilotsuz uçuş aparatı buraxıb, Ukrayna 76-nı vurmağa müvəffəq olub.

Rusiya Sumi bölgəsinə kütləvi hücum həyata keçirib. Hücum nəticəsində yaşayış binaları yanıb. Xəsarət alanların dəqiq sayı barədə bu vaxt üçün məlumat yayılmayıb. Hazırda yanğınsöndürmə işləri görülür.

Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi gecə Rusiyanın 6 bölgəsində 21 Ukrayna dronunu vurduqlarını açıqlayıb. Xüsusilə, yeddisini Smolensk vilayətində, altısını Bryanskda, Oryol və Moskva vilayətlərində isə üç-üç dronu.