Rusiya gecə ərzində Ukraynaya 172 pilotsuz uçuş aparatı və raketlərlə hücum edib
Rusiya gecə ərzində Ukraynaya 172 pilotsuz uçuş aparatı və raketlərlə hücum edib

 

Rusiya gecə ərzində Ukraynaya 172 pilotsuz uçuş aparatı, eləcə də “Iskander” ballistik raketi və S-300 zenit-raketi ilə hücum edib. Bu haqda Ukrayna Hərbi Hava Qüvvələrində bildiriblər.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına əsasən, müxtəlif tipli 136 dron vurulub və zərərsizləşdirilib. 13 yerdə raket və dron zərbələri qeydə alınıb.

Bundan əvvəl Ukrayna Dəmir Yollarının nümayəndələri, eləcə də vitse-baş nazir Aleksei Kuleba dəmiryol yarımstansiyalarına kütləvi zərbə barədə məlumat vermişdilər, nəticədə onlarla sərnişin reysi gecikib.

Rus dronları ilə hücuma görə Poltava və Kirovoqrad vilayətlərində yerləşən müəssisə və infrastruktur obyektinin ərazisində yanğın baş verib. Kirovoqrad vilayətində 45 yaşayış məntəqəsi işıqsız qalıb.

Bununla yanaşı, Xerson Vilayəti Administrasiyasının rəhbəri Aleksandr Prokudinin məlumatına əsasən, bu gün səhər Rusiya qüvvələri Xerson vilayətinin İnqultse kəndinə aviasiya bombası ilə hücum ediblər, nəticədə 4 nəfər, o cümlədən üç yaşlı qız yaralanıb.

Öz növbəsində Rusiya Müdafiə Nazirliyi gecə səkkiz Ukrayna dronunun vurulduğunu açıqlayıb.