Rusiya Finlandiyaya qazın ötürülməsini dayandırdı
Rusiya Finlandiyaya qazın ötürülməsini dayandırdı

“Qazprom” Finlandiyaya qazın öürülməsini dayandırdı. BBC-nin məlumatına görə, Finlandiyanın dövlət təbii qaz şirkəti “Qasum” təsdiqlədi ki, “Qazprom” bu gün səhər saat 07:00-dan Finlandiyaya təbii qaz nəqlini dayandırdı.

Şirkətdə bəyan etdiklərinə görə, bununla bağlı Arbitraj Məhkəməsin şikayət edilməsi planlaşdırılır.

BBC-nin məlumatına görə, Finlandiya təbii qazın böyük hissəsini Rusiyadan idxal edir, lakin, bu ölkənin ümumi enerji istehlakının cəmi 10%-ni təşkil edir.

Təbii qazın kəsilməsi Finlandiya hökumətinin Rusiya prezidentinin təklif etdiyi sxemə görə qazın qiymətini rublla ödəməkdən imtinasına səbəb oldu.

Rusiya artıq Bolqarıstan və Polşaya qaz nəqlini dayandırıb, hansılar da rus rublu ilə ödəniş etməkdən imtina etdilər.