Rusiya Ermənistandan süd məhsullarının idxalını qadağan edib

12:46, 24.07.2026

Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətində bildirilib ki, 2026-cı il iyulun 27-dən etibarən Ermənistandan Rusiyaya süd məhsullarının idxalına məhdudiyyətlər tətbiq olunacaq.

Qurumun məlumatına görə, qərar iyulun 14-dən 21-dək aparılan yoxlamaların nəticələrinə əsaslanır. Yoxlamalar zamanı, onların iddiasına görə, bir sıra pozuntular aşkarlanıb.

“Rosselxoznadzor”un açıqlamasında qeyd olunur ki, “Rusiyaya göndərilməsi nəzərdə tutulan məhsulların istehsalında xəstə mal-qaradan əldə edilən süddən istifadə edildiyi müəyyən olunub”.

Xatırladaq ki, Rusiya Ermənistandan olan məhsulların idxalına məhdudiyyətlər tətbiq etməyə may ayının sonunda başlayıb. Qadağalar, o cümlədən, güllərə, mineral suya, tərəvəz və meyvələrə şamil edilib. Rusiya tərəfi qərarları aşkar edilmiş pozuntularla izah edib.

Məhdudiyyətlər Ermənistanın iyunun 7-də keçiriləcək parlament seçkilərinə hazırlaşdığı və Avropa İttifaqı ilə yaxınlaşmağa çalışdığı dövrə təsadüf edib. Seçkilərdə Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim partiyanın qalib gəlməsindən sonra Rusiya Ermənistandan karantin nəzarətinə tabe olan bütün məhsulların idxalını da qadağan edib.

Oxşar