Rusiya Ermənistandan mineral suyun bir neçə partiyasının satışını qadağan edib
Rusiya Ermənistandan mineral suyun bir neçə partiyasının satışını qadağan edib

Rusiya Ermənistandan mineral suyun bir neçə partiyasının satışını qadağan edib. Bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Rusiyanın dövlət etiketləmə sistemi “Jermuk” mineral suyunun bir partiyasının həm onlayn, həm də oflayn satışını dayandırıb.
İnkişaf etmiş Texnologiyalar Mərkəzinin baş direktor müavini Revaq Yusupov bildirib ki, dövriyyədə olan 338 000 şüşə hazırda istintaq başa çatana qədər bloklanıb.
Dayandırılma “Rospotrebnadzor”dan gələn məktubla əsaslandırılıb. Məktubda “Rusiya vətəndaşlarının həyat və sağlamlığına mümkün zərərin qarşısını almaq üçün təcili tədbirlərin görülməsi” zərurəti qeyd olunub. Qadağa istehsal tarixi 2026-cı il 17 fevral və 5 mart olan məhsullara şamil edilir.
Yusupovun sözlərinə görə, “bu məhsullar istintaq bitənə qədər istehlakçılara çatmayacaq”.
Etiketləmə sistemi 2024-cü ildə Şimali Osetiya sakininin zəhərlənməsi hadisəsindən sonra “Jermuk”un 2,5 milyon şüşəsinin satışını da dayandırmışdı. Ermənistan mediasının iddiasına görə, həmin şüşədə mineral su əvəzinə sirkə turşusu ola bilərdi.