Rusiya Ermənistandan çəyirdəkli meyvənin idxalını məhdudlaşdırdı
Rusiya Ermənistandan çəyirdəkli meyvənin idxalını məhdudlaşdırdı

 

Rusiya Ermənistandan albalı, ərik, gavalı, şaftalı, nektarin və üzüm idxalını məhdudlaşdırdı.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətində
– “Rosselxoznadzor”da Ermənistandan Rusiyaya çəyirdəkli meyvələrin idxalına qoyulan məhdudiyyətin iyunun 2-dən etibarən qüvvəyə minəcəyini bəyan ediblər.

Bununla yanaşı, bəyanatda “Rosselxoznadzor”un Ermənistandan Rusiyaya meyvə tədarükündə pozuntuların artdığını qeydə aldığı qeyd olunur. Məlum olduğu kimi, bu məhsulların Rusiya ərazisindən Avrasiya İqtisadi Birliyinin digər ölkələrinə tranziti də məhdudlaşdırılacaq.

İyunun 1-də isə Rusiyanın Ermənistandan diri balıq və balıq məhsullarının gətirilməsini qadağan etdiyi məlum olmuşdu. Mayın sonunda “Rosselxoznadzor” Ermənistandan bir sıra digər məhsulların, o cümlədən çiçəklərin, “Cermuk” mineral suyunun, tərəvəzlərin, göyərti və çiyələyin idxalını mərhələli şəkildə qadağan etmişdi.