Rusiya Duması işğal olunmuş Cənubi Osetiya sakinləri üçün ikili vətəndaşlıq haqqında sazişi ratifikasiya edib

21:39, 19.05.2022

Rusiya Duması işğal olunmuş Cənubi Osetiya sakinləri üçün ikili vətəndaşlıq haqqında sazişi ratifikasiya edib.

Sənədə əsasən, “Rusiya vətəndaşları və Cənubi Osetiyada yaşayan insanlar pasportlarından imtina etmədən vətəndaşlıq ala biləcəklər”.

Sənəddə qeyd olunur ki, 14 yaşına çatmamış uşaq valideynləri ilə eyni vətəndaşlıq alacaq. Sənəd hər iki tərəfdən olan şəxslərə hərbi xidmətə çağırış zamanı daimi yaşadıqları yerdə hərbi xidmət keçmək hüququ verir.

Müqaviləyə əsasən, “Hərbi xidmətdə olan cənubi osetinlər Rusiya vətəndaşlığı üçün müraciət edə və Rusiya vətəndaşlığını ala biləcəklər”.

Oxşar