Rusiya dronlarla Kiyevin cənub körpüsünü bombalayıb, bu səbəbdən metro və avtomobillərin hərəkəti ləngiyib
Rusiya dronlarla Kiyevin cənub körpüsünü bombalayıb, bu səbəbdən metro və avtomobillərin hərəkəti dayanıb.
Rus dronu Kiyevdə metro qatarı körpünün açıq hissəsindən keçərkən cənub körpüsünə çırpılıb. Hücum nəticəsində xəsarət alan olmayıb. Qatar sağ sahilə çatıb, körpünün açıq hissəsini keçib və “Vidubiçi” stansiyasına daxil olub, burada sərnişinlər düşürülüb.
Kiyevin meri Vitali Kliçko cənub körpüsünün köməkçi hissəsinə iki dronla zərbə endirildiyini bildirib.
Rus hərbçilər Kiyevin mülki infrastrukturuna zərbə endirməyə davam edirlər.
Bu gün dron Solomyansk rayonundakı məktəbə zərbə endirib. Uşaqlar sığınacaqda olduqları üçün xəsarət alan olmayıb.
Hərbi əməliyyatlar və Rusiyanın energetika infrastrukturunu bombalaması nəticəsində Kirovoqrad, Rovno, Sumi, Xarkov və Çerniqov regionlarının əhalisinin bir hissəsi müvəqqəti olaraq işıqsız qalıb.