Rusiya Dövlət Dumasının spikeri, Vyaçeslav Volodin hərbi qeydiyyatda olan şəxslər üçün sərhədlərin bağlanması təşəbbüsünü dəstəklədi
Rusiya Dövlət Dumasının spikeri, Vyaçeslav Volodin hərbi qeydiyyatda olan şəxslər üçün sərhədlərin bağlanması təşəbbüsünü dəstəklədi. “BBC” rus xidmətinin məlumatına görə, Volodin bu barədə “Telegram” kanalında yazır.
“Qeyd etmək istərdim ki, “Rusiya Federasiyasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” federal qanuna əsasən, hərbi qeydiyyatda olan vətəndaşlara səfərbərlik elan edildiyi andan hərbi komissarlıqların icazəsi olmadan yaşayış yerini tərk etmək qadağan edilir. Qanunun belə bir norması mövcuddur və hərbi xidmətə bütün tabeliyində olanlar əldə təhbər tutmalıdılar”, – Volodin yazır.
Qeyd edək ki, ona qədər Müdafiə Nazirliyi qismən səfərbərlik zamanı Rusiya vətəndaşlarının gediş-gəlişinə məhdudiyyətlərin qoyulmasının nəzərdə tutulmadığını bildirmişdi.
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edildikdən sonra vətəndaşlar kütləvi şəkildə ölkəni tərk etməyə başladılar.