Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü - Dnestryanı bölgənin Rusiyanın tərkibinə daxil olmaq istəyi ciddi qəbul edilməlidir, bu uzaq gələcəyin məsələsi deyil
Dnestryanı bölgənin Rusiyanın tərkibinə daxil olmaq istəyi ciddi qəbul edilməlidir. Bu uzaq gələcəyin məsələsi deyil, “yaxın gələcək istiqaməıtidir”, – bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü, Dimitri Belik bəyan etdi.
Belikin açıqladığına görə, Dnestryanı bu gün Rumıniya ilə birlikdə olmaq istəməyən Moldovanın anklavıdır və eyni zamanda, məmnuniyyətlə Rusiya sülhməramlı kontingentini qəbul etdi.
Bundan başqa, rus deputatı hesab edir ki, Dnestryanı üzdəniraq Xarici İşlər Nazirliyirəhbərinin sözləri dəbdə olan tendensiya və kiməsə qoşulmaq istəyi kimi deyil, əhalinin iradəsinin ifadəsi kimi dəyərləndirilməlidir.
Belikin sözlərinə görə, digər mühüm amil Moldovanın NATO üzvlüyünə potensial namizəd olmasıdır.
Ona qədər tanınmamış Dnestryanı bölgənin Xarici İşlər naziri, Vitali İqnatyev separatçı bölgənin müstəqillik məqsədlərindən danışdı və qeyd etdi ki, 2006-cı il referendumunun nəticələrinə əsasən, ərazi müstəqillik əldə etdikdən sonra Rusiyaya birləşməlidir.