Rusiya Dövlət Duması işğal olunmuş Cənubi Osetiya ilə əməkdaşlığın dərinləşdirilməsi haqda sazişi ratifikasiya edib
Rusiya Dövlət Duması işğal olunmuş Cənubi Osetiya ilə əməkdaşlığın dərinləşdirilməsi haqda sazişi ratifikasiya edib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimer Putin sənədi təsdiq edilməsi üçün parlamentin aşağı palatasına təqdim etmişdi.
Sazişə əsasən, Rusiya və işğal olunmuş Cənubi Osetiya vahid iqtisadi məkanın yaradılmasını davam etdirəcək və tədricən xarici borclar və xarici investisiyalarla bağlı vahid yanaşmaya keçəcəklər. Həmçinin, energetika və nəqliyyat sistemlərinin inteqrasiyası, ortaq kommunikasiya və telekommunikasiyaların inkişafı və sosial, əmək və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.
Sənəd həmçinin əlaqələndirilmiş xarici siyasətin həyata keçirilməsini və müdafiə və təhlükəsizlik məsələləri üzərində işləməyi, sosial-iqtisadi şəraitin yaxşılaşdırılmasını, infrastrukturun inkişafını və kapitalın, malların, xidmətlərin və işçi qüvvəsinin sərbəst hərəkəti üçün şəraitin yaradılmasını hədəfləyir.