Rusiya Dövlət Duması İranla hərtərəfli strateji tərəfdaşlıq haqqında sənədin ratifikasiyasını həyata keçirib, aprelin 16-da isə sənədi Federal Şura müzakirə edəcək

18:07, 08.04.2025

 

Rusiya Dövlət Duması İranla hərtərəfli strateji tərəfdaşlıq haqqında sənədin ratifikasiyasını həyata keçirib. Aprelin 16-da isə sənədi Federal Şura müzakirə edəcək.

Razılaşma yanvarın 17-də İran Prezidenti Masud Pezeşkiyanın Moskvaya səfəri zamanı imzalanıb.

Sənədin məqsədi növbəti 20 il ərzində Moskva və Tehran arasında müdafiə, terrorizmə qarşı mübarizə, energetika, maliyyə sektoru, nəqliyyat, sənaye, elm və texnologiya sahəsində əməkdaşlığın genişlənməsidir. Razılaşmanın əsas müddəaları həmçinin birgə hərbi təlimlərin keçirilməsini nəzərdə tutur. Həmçinin, əgər ölkələrdən birinə hücum edilərsə, digər ölkə təcavüzkara kömək etməməlidir. Həmçinin, onlar bir-birlərinə qarşı, üçüncü ölkələr tərəfindən tətbiq olunan sanksiyalarda iştirakdan da çəkinəcəklər.

Rusiyadan İrana qaz kəməri Azərbaycan ərazisindən keçəcək. Medianın yazdığı kimi, tərəflər üçüncü ölkələrdən müstəqil vergi sistemi yaratmağı planlaşdırırlar. Onlar sülh məqsədləri ilə atom layihələrində əməkdaşlıq etməkdə və nüvə enerjisi obyektlərinin tikintisində maraqlı olduqlarını bildirirlər.

Oxşar