Rusiya Dnipro şəhərinə dronlarla hücum edib, xəsarət alanlar var
Rusiya Dnipro şəhərinə dronlarla hücum edib, xəsarət alanlar var

Ukraynanın Dnipro şəhərinə Rusiya tərəfindən dronlarla hücum həyata keçirilib. Şəhərdə partlayışlar silsiləsi baş verib, 15 nəfər yaralanıb.

Bu barədə məlumatı Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Serhiy Lisak yayıb.

Yaralıların əksəriyyəti hospitala yerləşdirilib, bir vətəndaşın vəziyyəti isə ağırdır. Onlarda müxtəlif növ xəsarətlər müşahidə olunur.

Dron hücumları nəticəsində bir neçə məkanda yanğın baş verib.

Region rəhbərinin sözlərinə görə, şəhərdə həyəcan siqnalı davam edir, Serhiy Lisak isə vətəndaşları ehtiyatlı olmağa çağırır.