Rusiya ötən gecə Çerniqov şəhərinə dronlarla hücum təşkil edib.
Pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum nəticəsində dörd nəfər yaralanıb.
Həlak olanlar barədə məlumat verilmir.
Çerniqovun hərbi administrasiyasının rəhbəri Dmitri Brijinski bildirib ki, hücum nəticəsində infrastruktur zərər görüb.
“Çoxmərtəbəli binalar, məktəb, bir neçə mağaza, avtobus dayanacağı və fərdi yaşayış evləri zədələnib. Düşmən eyni zamanda sənaye müəssisəsini də vurdu,” – deyə Dmitri Brijinski qeyd edib.