Rusiya Çerniqov vilayətinin Nijin şəhərinə hücum edib, bir xilasedici həlak olub, iki nəfər isə yaralanıb
Rusiya Çerniqov vilayətinin Nijin şəhərinə hücum edib.
Ukrayna mediasının məlumatına əsasən, Fövqəladə Halların İdarəolunması Xidmətinin bölmələrindən biri hədəf olub.
Dronlarla hücum nəticəsində bir xilasedici həlak olub, iki nəfər yaralanıb.
“Təcavüzkar Nijinə yenidən hücum etdi. Pilotsuz uçuş aparatları, “Shahed” və “Geran”dan istifadə etməklə onlar Fövqəladə Halların İdarəolunması Xidmətinin bölmələrindən birinə hücum ediblər. Baş verən hadisə qəddar və kinayəlidir. Xilasedicilər Günündə xilasedicilərə hücum etdilər. Aldığı yaralar nəticəsində 45 yaşlı xilasedici həlak olub” – Çerniqovun Regional Hərbi-şəhər Administrasiyasının rəhbəri Vyaçeslav Çaus bildirib.
Məlumat üçün bildirək ki, 17 sentyabr Ukraynada Xilasedicilər Günüdür.