Rusiya britaniyalı iki diplomatı casusluq ittihamı ilə ölkədən çıxarıb

16:35, 10.03.2025

 
Rusiya britaniyalı iki diplomatı casusluq ittihamı ilə ölkədən çıxarıb. Bu barədə “BBC” yazır.

Rusiyanın təhlükəsizlik xidmətində bəyan edirlər ki, onların fəaliyyəti ölkənin təhlükəsizliyinə təhdid yaradır, bu səbəbdən diplomatların akkreditasiyasını ləğv ediblər və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt veriblər.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiyanın onların əməkdaşlarına qarşı əsassız ittihamlar irəli sürməsi ilk dəfə baş vermir.

“BBC”nin yazdığı kimi, Moskvanın casusluqda ittiham etdiyi 7 britaniyalı diplomat keçən il Rusiyadan çıxarılıb. Böyük Britaniyada ittihamları təkzib edirlər.

Oxşar