Rusiya Boris Consonu və Böyük Britaniya hökumətinin başqa yüksək vəzifəlilərini qara siyahıya saldı
Rusiya Boris Consonu və Böyük Britaniya hökumətinin başqa yüksək vəzifəlilərini qara siyahıya saldı

Rusiya Boris Consonu və Böyük Britaniya hökumətinin başqa yüksək vəzifəlilərini qara siyahıya saldı. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayır.

Onların məlumatına görə, Böyük Britaniyanın baş naziri, nazirlər kabinetinin üzvləri və bir sıra siyasətçilərin Rusiyaya girişinə qadağa qoyulacaq.

Moskva Xarici İşlər Nazirliyinin qara siyahısına Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin rəhbəri Liz Tras, həmçinin baş nazirin müavini Dominik Raab, Müdafiə naziri Ben Uolles və başqaları düşdülər.

Siyahıda Britaniyanın keçmiş baş naziri, Tereza Mey də var.