Rusiya BMT və Qırmızı Xaç mütəxəssislərini Elenovkadakı koloniyaya buraxmağa hazır olduğunu bəyan edir
Rusiya BMT və Qırmızı Xaç mütəxəssislərini Elenovkadakı koloniyaya buraxmağa hazır olduğunu bəyan edir

Rusiya BMT və Qırmızı Xaç mütəxəssislərini Elenovkadakı koloniyaya buraxmağa hazır olduğunu bəyan edir. Müvafiq bəyanatı Rusiya Müdafiə Nazirliyində verdilər.

Bəayantda qeyd olunur ki, bu addımı obyektiv araşdırmanın aparılması marağına görə atdılar.

Donetsk vilayətinin Yelenovka şəhərindəki islah koloniyasına hücum nəticəsində 53 Ukraynalı hərbi əsir həlak oldu. 73 nəfər yaralandı. Rusiya baş verənlərdə Ukrayna silahlı qüvvələrini günahlandırır və iddia edir ki, Ukraynalılar Yelenovka koloniyasına Amerikanın “HIMARS” salvo raket sistemi ilə hücum etdilər. Digər tərəfdən, Kiyevdə bəyan edilrə ki, Rusiyanın işğal etdiyi ərazidə yerləşən koloniya hərbi əsirlərə işgəncə verilməsi faktlarını gizlətmək üçün rus ordusu tərəfindən dağıdıldı.