Rusiya bir ay müddətində BMT Təhlükəsizlik Şurasına rəhbərlik edəcək
Bu gündən bir ay ərzindş Rusiya BMT Təhlükəsizlik Şurasına rəhbərlik edəcək, – bu barədə təşkilatın “tvitter” səhifəsində deyilir.
Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya rotasiya prinsipi ilə verildi. BMT Təhlükəsizlik Şurasına sədrlik edən ölkələr hər ay dəyişir. Onların sırası əlifbaya görə müəyyən edilir. Şuraya sədrlik edən ölkə iclasları təyin edir və açır, lakin səlahiyyəti yoxdur ki, Şuranın qərarlarına təsir etsin.
Bununla yanaşı, bu qərarı Ukrayna Xarici İşlər naziri, Dmitri Kuleba “uğursuz bir aprel zarafatı” adlandırdı. Ukrayna prezident administrasiyası rəhbəri, Andrey Termal isə bəyan etdi ki, bu, beynəlxalq münasibətlərin qaydalara əsaslanan sisteminə növbəti simvolik zərbədir.