Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri hesab edirlər ki, Avropa İttifaqına qoşulma və ya Avrasiya İqtisadi Birliyində qalma ilə bağlı Ermənistanda referendum mümkün qədər tez keçirilməlidir
Biz Ermənistan Respublikasında Avropa İttifaqına qoşulma və ya Avrasiya İqtisadi Birliyinin tərkibində qalmaq barədə milli referendumun mümkün qədər tez keçirilməsinin zəruriliyi ilə bağlı mövqeyi bölüşürük – bu haqda Ermənistan ətrafındakı vəziyyətlə əlaqədar qəbul edilmiş Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderlərinin birgə bəyanatında qeyd olunub.
Avrasiya İqtisadi Birliyi ölkələrinin liderlərinin bəyanatına əsasən, Ermənistan Respublikasının Avropa İttifaqına qoşulmağa hazırlaşması ilə bağlı Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin iqtisadi təhlükəsizliyi üçün yaranan ciddi risklər, həmçinin birliyə üzv dövlətlərə dəyə biləcək ziyanın qarşısının alınması zərurəti nəzərə alınaraq qərara alınıb ki, Avrasiya Hökumətlərarası Şurasının üzvləri 2026-cı ilin dekabrında keçirilməsi planlaşdırılan Ali Avrasiya İqtisadi Şurasının sonrakı iclasında Ermənistan Respublikasına münasibətdə Avrasiya İqtisadi Birliyi haqqında Müqavilənin dayandırılmasının mümkün nəticələrinə dair məruzə təqdim edəcəklər.