Rusiya–Belarus birgə hərbi təlimi "Zapad 2025"i amerikalı hərbçilər müşahidə edirlər
ABŞ hərbçiləri Rusiya–Belarus birgə hərbi təlimi “Zapad 2025″i müşahidə edirlər.
ABŞ-nin hərbi attaşesi təlimdən sonra hərbi texnika sərgisində olub.
Belarusun müdafiə naziri Viktor Xrenin amerikalı zabitlərə onları maraqlandıran hər şeyi görə biləcəklərini deyib.
Amerikalıların Belarusda keçirilən təlim poliqonunda iştirakını ölkənin Müdafiə Nazirliyi gözlənilməz hal kimi təqdim edib.
Hərbi təlimdə NATO-nun daha iki ölkəsinin – Macarıstan və Türkiyənin hərbi nümayəndələri iştirak edirlər. ABŞ, Macarıstan və Türkiyə hərbçiləri Belarusa gəliblər.
Hərbi təlimləri ümumilikdə 23 ölkənin nümayəndəsi müşahidə edir.