Rusiya baş nazir müavini - Rusiyanın 16 bölgəsində koronavirusun yayılması baxımından kritik durumdur
Rusiyanın 16 bölgəsində koronavirusun yayılması baxımından kritik durumdur, – bu barədə Rusiyanın baş nazir müavini, Tatyana Qolikova bəyan etdi.
Məlumatı “Qardian” nəşri yayır.
Qolikovanın dediyinə görə, 16 bölgədə xəstəxanalar dolubdur və müəssisələrdə kifayət qədər yer yoxdur.
Rusiya Müdafiə Nazirliyində bəyan edirlər ki, virusdan zərər çəkən Ural bölgəsinə hərbi həkimləri də göndərəcəklər. Bir neçə gün bundan əvvəl bu bölgənin həkimləri Rusiya prezidentinə yardım üçün müraciət etdilər.
Rusiyada bu gün koronavirusdan 320 insan vəfat etdi. Bu isə, pandemiyanın başlamasından bu günə qədər ən yüksək göstəricidir.
Rusiya hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə bu günə qədər koronavirusa yoluxmanın milyondan artıq halı aşkar edilib, 26 589 insan vəfat edib.