Rus tərəfinin məlumatına görə, Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib, Rusiya paytaxtının bütün hava limanları uçuşları dayandırıb
Ukrayna Rusiya paytaxtı Moskva və Moskva vilayətinə pilotsuz uçuş aparatları ilə hücum edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə 16 pilotsuz aparat vurulub.
Moskvanın meri Sergey Sobyanin bildirib ki, qalıqların yerə düşməsi nəticəsində avtomobillər yanıb və çoxmərtəbəli yaşayış binası zədələnib.
Bundan əlavə, pilotsuz aparatların hücumu səbəbilə Moskvadakı bütün hava limanları – Şeremetyevo, Domodedovo, Vnukovo və Jukovski – uçuşları dayandırıb. Gecə saatlarında Tula şəhərində də partlayış səsləri eşidilib.