Rus rublunun ABŞ dollarına nisbətdə məzənnəsi 2022-ci ilin martının səviyyəsinə qədər düşüb

20:55, 26.11.2024

 
Rus rublunun ABŞ dollarına nisbətdə məzənnəsi 2022-ci ilin martının səviyyəsinə qədər düşüb.

“Forex” beynəlxalq valyuta bazarında bir dollara 105,5 rubl almaq mümkün idi.

Avronun məzənnəsi isə 110,9 rubla çatıb.

Rusiya Bankı oktyabrda baza dərəcəsini 21 faizə qədər qaldırıb, bu da son 20 il ərzində ən yüksək göstəricidir.

Bu cür tədbirlər inflyasiyanın azaldılmasına yönəlib.

Oxşar