Rus mediasının məlumatına görə, Ukraynalı silahlı şəxslər Rusiyanın Briansk vilayətinin Lubeçan kəndinə girdilər və bir neçə nəfəri girov götürdülər
Ukraynalı silahlı şəxslər Rusiyanın Briansk vilayətinin Lubeçan kəndinə girdilər və bir neçə nəfəri girov götürdülər, – bu barədə Rusiya mediası Briansk qubernatoru, Aleksandr Boqomaza istinadən məlumat yayır.
“Ukraynalı diversantlar avtomobilə atəş açdılar. Paralel olaraq məlumat yayılır ki, Suşan kəndində 50-ə qədər Ukraynalı diversant var. Yerində atəş və partlayışlar səsi eşidilir.
Briansk vilayətinin iki kəndində olan Ukraynalılarla döyüşə “Rosqvardiya” bölmələri qoşuldular. Aleksandr Boqomazın dediyinə görə, Ukrayna ordusu bu gün iki yaşayış məntəqəsinə pilotsuz aparatlarla hücum etdi, nəticə də bir neçə ev zədələndi”, – rus mediası yazır.