Rus mediasının məlumatına görə, Moskva və Tuli vilayətlərində “Don” avtomaqistralında məhdudiyyətlər qüvvədə qalır
Moskva və Tuli vilayətlərində “Don” avtomaqistralında məhdudiyyətlər qüvvədə qalır. Bu barədə məlumatı “Tass” rus agentliyi yayır. Bununla yanaşı, yol məhdudiyyəti Rostov və Liöetskdə tamamilə götürülüb.
“Bölgədə buna qədər qəbul olunan qərara əsasən, M-4 “Don” maqistralında Tuli və Moskva vilayətlərində hərəkətin məhdudiyyəti qüvvədə qalır”, – Rusiya Federal Yol Agentlyinin məlumatında deyilir.
Rusiyada ötən gün “Vaqner” özəl ordu şirkətinin döyüşçülərinin paytaxta doğru yürüşü ilə əlaqədar Rostov və Moskvanı birləşdirən “Don” magistralında hərəkət məhdudlaşdırıldı. Maqistrald blokpostlar təşkil edildi.