Rus mediasının məlumatına görə, Çeçenistan rəhbəri Ramzan Kadırovun yaxın müttəfiqi Adam Delimxanovu yaralayıblar
Rus mediasının məlumatına görə, Çeçenistan rəhbəri Ramzan Kadırovun yaxın müttəfiqi Adam Delimxanovu yaralayıblar. Məlumatı “Zvezda” teleşirkəti yayır.
Medianın məlumatına görə, rus deputat Adam Delimxanov “yaralıdır, lakin sağdır”. Ona qədər məlumat yayıldı ki, Delimxanıv qətlə yetirilib. Delimxanovu harada yaraladıqları hələlik naməlumdur.
İyunun 13-də Kadırov bəyan etdi ki, Belqorod vilayətində təxribatın qarşısının alınmasına “Zapad-Axmat” batalyonunun döyüşçüləri cəlb olunacaqlar.
Delimxanov Belqorod vilayətinin qubernatoru, Müdafiə Nazirliyinin nümayəndələri və Rosqvardiyanın yüksək rütbəli zabitləri ilə görüşdü.
Ötən il Delimxanov Mariupolun tutulması əməliyyatında iştirak edən çeçen birləşmələrinə komandanlıq edirdi.