Rus mediasının məlumatına əsasən, ehtimal ki, dron təhlükəsinə görə Moskvanın hava limanları müvəqqəti bağlı olub
Rusiyanın Federal Aviasiya Agentliyinin (“Rosaviatsia”) bəyanatına əsasən, Moskva və Kaluqanın hava limanlarında uçuşların təhlükəsizliyini təmin etmək üçün müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Şeremetevo, Domodedovo, Vnukovo, Jukovski və Kaluqanın hava limanları uçuşların qəbulunu və yola salınmasını müvəqqəti olaraq dayandırıb.
Məhdudiyyətlər haqda ilk məlumatı güc strukturları ilə əlaqəli “Baza” və “Mash” teleqram kanalları yayıb. Onların məlumatına əsasən, Moskva və Kaluqanın bütün hava limanlarında “Kovior” (“xalça”) planı işə salınıb – ehtimal ki, pilotsuz uçuş aparatlarının hücum təhlükəsinə görə.
Rusiyanın Müdafiə Nazirliyi Moskva, Moskva vilayəti və Kaluqa vilayətində dronların hücumu haqda hələlik açıqlama verməyib.
“Mash”ın məlumatına əsasən, Domodedovo, Şeremetievo və Vnukovo hava limanlarında 27 reys ləngiyib.
Daha sonra Vnukovo, Jukovski, Domodedovo və Şeremetievoda reyslərə qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Kaluqada reyslərə qoyulan qadağanın ləğvi ilə bağlı hələlik açıqlama verilməyib.