Rus mediasının məlumatına əsasən, Amur vilayətində qəzaya uğrayan sərnişin təyyarəsinin göyərtəsində olanların hamısı həlak olub
Rus mediasının məlumatına əsasən, Amur vilayətində qəzaya uğrayan sərnişin təyyarəsinin göyərtəsində olanların hamısı həlak olub

 

Rusiyanın Amur vilayətində qəzaya uğrayan An-24 sərnişin təyyarəsinin göyərtəsində olanların hamısı həlak olub. Bu barədə rus mediası əməliyyat xidmətlərinə istinadən məlumat yayır.

Yerli hakimiyyətin məlumatına əsasən, göyərtədə altı ekipaj üzvü və beşi uşaq olmaqla 43 sərnişin olub.

Təyyarə Blaqoveşenskdən Tindaya uçarkən ekipajla əlaqə kəsilib. Fövqəladə xidmətlərdə bildirirlər ki, təyyarə dağın yamacında, çətin keçilən ərazidə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə yanğın baş verib. Amur vilayətinin rəhbəri Vasili Orlov bildirirdi ki, rayonda hava şəraiti pis olub və bu səbəbdən reys gecikmə ilə havaya qalxıb.