Rus mediası - Soçiyə hücumda istifadə edilən pilotsuz uçuş aparatlarının bir hissəsi işğal olunmuş Abxaziya vasitəsilə Rusiya ərazisinə daxil olub
Rus mediası - Soçiyə hücumda istifadə edilən pilotsuz uçuş aparatlarının bir hissəsi işğal olunmuş Abxaziya vasitəsilə Rusiya ərazisinə daxil olub

 

Soçiyə hücumda istifadə edilən pilotsuz uçuş aparatlarının bir hissəsi işğal olunmuş Abxaziya vasitəsilə Rusiya ərazisinə daxil olub.

Bu barədə rus mediası yazır.

Soçiyə dronlarla hücum iyulun 24-də gecə baş verib. Rus dövlət agentliyi “Tass”ın məlumatına əsasən, hücum nəticəsində 3 nəfər həlak olub, daha 3 yaralı bu vaxta qədər həkimlərin nəzarəti altında qalır. Rus mediasının məlumatına əsasən, həlak olanlardan ikisi və yaralananlardan üçü “Rusiya Dəmir Yolları”nın əməkdaşlarıdır.

Bununla yanaşı, Adler rayonunda dronun parçalarının düşməsi nəticəsində bir qadın həlak olub, daha bir qadın yaralanıb. Məlumatı yerli hakimiyyət təsdiqləyir.

Əməliyyat qərargahında dronların hücumu nəticəsində yanğının da baş verdiyini bildiriblər.

Ukrayna mediasının məlumatına əsasən, Adlerdə Soçi Hava Limanı yaxınlığında yerləşən neft bazasına zərbə endiriblər. Həmçinin, Adlerdə yerləşən dəmiryol körpüsünə hücum edilib.