Rus mediası – Serqei Lavrov Ukrayna məsələsi ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan ilə telefon danışığı aparıb

15:12, 07.08.2025

 

Rusiyanın xarici işlər naziri Serqei Lavrov Ukrayna məsələsi ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan ilə telefon danışığı aparıb. Bu barədə Rusiyanın “İtar-Tass” dövlət agentliyinə Türkiyə Xarici İşlər Nazirliyindəki öz mənbələri məlumat veriblər.

“Telefon danışığı bu gün, avqustun 7-də baş tutub. Rusiya və Ukrayna danışıqlarında mövcud vəziyyət müzakirə olunurdu” – mənbə rus agentliyinə deyib.

Məlumat üçün bildirək ki, 2022-ci ildən sonra ilk dəfə Rusiya ilə Ukrayna danışıqları Türkiyədə 2025-ci ilin mayında keçirilib. Görüşlər iyunun 2-də davam edib və tərəflər humanitar məsələlər, o cümlədən hərbi əsirlərin mübadiləsi ilə bağlı razılığa gəldilər.

Oxşar