Rus mediası Kursk Atom Elektrik Stansiyasının yaxınlığında partlayış, yanğın və ikinci dərəcəli detonasiya haqda xəbər verir

20:51, 03.10.2024

 

Rus mediası Kursk Atom Elektrik Stansiyasının yaxınlığında partlayış, yanğın və ikinci dərəcəli detonasiya haqda xəbər verir. Rus “Telegram-kanalları”nın məlumatına əsasən, partlayış Kursk Atom Elektrik Stansiyasından bir neçə kilometr aralıda baş verib.

Bəzi mənbələr, hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilmiş Ukraynanın idarəolunan bombasının AES yaxınlığında yerə düşdüyünü iddia edir, həmçinin yeni partlayışlar, yəni zərbənin baş verdiyi yerin yaxınlığında ikinci dərəcəli detonasiya haqda xəbər verirlər. “Telegram kanalları” yanğının şəkil və videolarını dərc edirlər. Yanğının Kurçatovo şəhəri və Atom Elektrik Stansiyasının yaxınlığında baş verdiyini iddia edirlər.

Rusiyanın dövlət xəbər agentlikləri “Rosenergoatom”un mətbuat xidmətinin Kursk AES yaxınlığında baş verən müəyyən fövqəladə hadisədən sonra stansiyanın normal işlədiyinə dair bildirişini yayıblar.

Məlumat üçün bildirək ki, Kurçatovo Kursk vilayətində Ukrayna ordusunun hərbi əməliyyat keçirdiyi zonadan təxminən 40 km-də, Atom Elektrik Stansiyası isə şəhərətrafından 4 kilometr uzaqlıqda yerləşir.

Oxşar