Rus mediası - Adiqey Respublikasında dronların hücumunu dəf edərkən rus raketi yaşayış binasına dəydi, 11 nəfər yaralandı
Rus mediası - Adiqey Respublikasında dronların hücumunu dəf edərkən rus raketi yaşayış binasına dəydi, 11 nəfər yaralandı

 

Adiqey Respublikasında Ukraynanın pilotsuz uçuş aparatının dəf edilməsi zamanı hava hücumundan müdafiə sistemindən atılan raket çoxmərtəbəli yaşayış binasına dəydi.

Rus mediasının məlumatına əsasən, uşaqlar da daxil olmaqla ən azı 11 vətəndaş yaralanıb.

İnsident fövqəladə vəziyyət rejiminin elan edildiyi Taxtamukaiski rayonunda baş verib. Hadisə yerinə fövqəladə hallar xidmətləri səfərbər olunub.