Rus işğalçıları Xarkova raket hücumları həyata keçiridilər, iki nəfərin həlak olduğu barədə məlumat yayılır
Rus işğalçıları Xarkova raket hücumları həyata keçiridilər. İki nəfərin həlak olduğuvə 17 nəfərin xəsarət aldığı barədə məlumat yayılır. Bu barədə Ukrayna mediası Xarkov Hərbi Dairəsinin Administrasiyasının rəhbəri, Oleq Sinequbova əsaslanaraq yazır.
“Ruslar Xarkova zərbələr endirirlər. Əhalinin nəzərinə: sığınacaqlarda qalın, zərurət olmadan küçəyə çıxmayın, həyəcan siqnallarına məhəl qoyun”, – Sinequbov deyir.
Bununla yanaşı, Xarkov meri İqor Terexovun sözlərinə görə, Rusiya qüvvələri şəhərin sıx məskunlaşdığı ərazilərdən birinə atəş açıblar.
Bundan başqa, Rusiya qüvvələri Mikolayevdəkı humanitar yardım anbarına raket zərbəsi endirdilər. Bu barədə Ukrayna mediası Mikolayev Hərbi Dairəsinin Administrasiyasının rəhbəri, Vitali Kimə istinadən yazır. Kimin məlumatına görə, uşaqlar, yaşlılar və çətinlikdə olan vətəndaşlar üçün ayrılmış minlərcə ton məhsul yandı.