Rus hərbçilər Xarkov vilayətinə hücumu pilotsuz uçuş aparatları ilə ediblər, 45 nəfər xəsarət alıb

11:16, 30.04.2025

 

Rus hərbçilər Xarkov vilayətinə hücumu pilotsuz uçuş aparatları ilə ediblər. Nəticədə iki uşaq və iki hamilə qadın olmaqla 45 nəfər xəsarət alıb. Bu barədə məlumatı Xarkovun meri İqor Terexov yayır.

O bildirib ki, ötən gecə ərzində Xarkova 16 zərbə endirilib, nəticədə ümumilikdə 10 yanğın ocağı yaranıb. İlkin məlumata əsasən, “Shahed” pilotsuz uçuş aparatlarından biri tibb müəssisəsinin yaxınlığında düşüb.

Bununla yanaşı, çoxmərtəbəli və fərdi yaşayış evlərinə, mülki infrastruktura ziyan dəyib.

Oxşar