Rus hərbçilər Ukraynanın Krivoy Roq şəhərində yaşayış binasını bombalayıblar, 8 nəfər xəsarət alıb

15:21, 11.11.2024

 
Rus hərbçilər Ukraynanın Krivoy Roq şəhərində yaşayış binasını bombalayıblar. İkisi azyaşlı olmaqla 8 nəfər xəsarət alıb.

Ukraynanın Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, hücum ballistik raketlərlə beşmərtəbəli yaşayış binasına həyata keçirilib.

Hazırda hadisə yerində xilasetmə əməliyyatları aparılır. Yaralılar xəstəxanaya çatdırılıblar.

Yerli hakimiyyətin bəyanatına əsasən, xəsarət alan azyaşlılardan birinə yerindəcə tibbi yardım göstərilib, digəri isə orta dərəcəli bədən xəsarətləri ilə yerli xəstəxanaya yerləşdirilib.

Xilasetmə xidmətində ehtimal ki, insanların hələ də dağıntılar altında olduğunu bildirirlər.

Oxşar