Rus hərbçilər tərəfindən Xarkova “Shahed”lərlə hücum nəticəsində 9 nəfər xəsarət alıb, yaşayış binaları və tibb müəssisəsinə ziyan dəyib
Rus hərbçilər səhər Xarkova hücum ediblər. Ukrayna mediasının yazdığı kimi, hücum zamanı Rusiya tərəfi “Shahed”lərdən istifadə edib, nəticədə 9 nəfər xəsarət alıb.
Yaralılar yerli xəstəxanaya yerləşdiriliblər.
Bununla yanaşı, yaşayış binaları və tibb müəssisəsinə ziyan dəyib. Xarkov merinin verdiyi məlumata əsasən, qadınların yeni doğulmuş körpələri ilə birlikdə olduğu doğum şöbəsinə ziyan dəyib.
Hücumlar nəticəsində baş verən yanğın 20 kvadratmetr əraziyə yayılıb.
Dnepropetrovsk vilayəti də hücumların hədəfi olub. İnzibati binaya və elektrik xəttinə ziyan dəyib.