İşğal xəttində qeyri qanuni yaxalamanın daha bir faktı. Rus hərbiçiləri üzdəniraq sərhədin qeyri qanuni keçməsi ittihamı ilə, Ditsi kəndində yaşayan 22 yaşlı gənci yaxaladılar.
Yaxalama faktını Birinci Kanal ilə söhbətində DTX-də təsdiq etdilər.
Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, Avropa İttifaqının Müşahidəçilər Missiyası məlumatlandırılıb, qaynar xətt işə düşüb.