Rus qüvvələrinin dronlarla hücumları nəticəsində, Ukraynanın şəhərlərində səkkiz nəfər xəsarət alıb, mülki infrastruktura və sənaye obyektlərinə ziyan dəyib
Odessada rus qüvvələri tərəfindən həyata keçirilmiş intensiv hücum nəticəsində altı nəfər xəsarət alıb.
Vilayətin Hərbi Administrasiyasının məlumatına əsasən, yaşayış məntəqəsinə hücumu dronlarla ediblər, nəticədə də yaşayış evləri, eləcə də uşaq bağçası, əyləncə parkı və digər mülki infrastruktura ziyan dəyib.
Hücumun pilotsuz uçuş aparatları ilə həyata keçirildiyi Dnepropetrovskda da iki nəfər xəsarət alıb. Xəsarət alanlardan biri qadın və biri kişidir.
Gecə ərzində Kiyev vilayəti də bombalanıb və sənaye obyektlərinə ziyan dəyib. O cümlədən, Brovari və Pastov rayonlarında.