Rumıniyanın Prezidenti Klaus İohannis istefa verdiyini bildirib

17:54, 10.02.2025

 
Rumıniyanın Prezidenti Klaus İohannis istefa verib – bu haqda “Reuters” yazır.

“Rumıniya və Rumıniya vətəndaşlarını bu böhrandan, hadisələrin lazımsız və mənfi inkişafından qorumaq üçün mən Rumıniya prezidenti vəzifəsindən istefa verirəm. Bu qərar fevralın 12-də qüvvəyə minir. Tanrı Rumıniyanı hifs etsin” – İohannis bildirib.

İohannis bu qərarı müxalifət partiyaları onun artıq üçüncü dəfə vəzifəsindən kənarlaşdırılmasını tələb etdikdən sonra verib.

Xatırladaq ki, Rumıniyada prezident seçkiləri noyabrın 24-də keçirilib və bu seçkilərdə hamı üçün gözlənilmədən müstəqil sağçı namizəd Kalin Corcesku 22% səslə qalib gəlib.

Rumıniya məhkəməsi Rusiyanın mümkün təsirindən ehtiyat edərək prezident seçkilərinin nəticələrini ləğv edib. Təkrar seçkilər mayın 4-nə təyin edilib. Klaus İohannis isə yeni seçkilərə qədər dövlət başçısı vəzifəsində qalmalı idi.

Oxşar