Rumıniyanın prezident seçkilərinin birinci turunda ifrat sağçı namizəd Corce Simion liderlik edir, ikinci tur mayın 18-də keçiriləcək
Rumıniyanın prezident seçkilərinin birinci turunda ifrat sağçı namizəd Corce Simion qalib gəlib. Səslərin 99.6 faizi hesablandıqdan sonra Simion 40.6 faiz səs toplayıb. Buxarestin meri Nikuşor Dan 21% səslə ikinci yerdədir.
Heç bir namizəd səslərin 50 %-dən çoxunu qazana bilmədiyi üçün, birinci və ikinci yeri tutan namizədlər bir-biri ilə seçkilərin ikinci turunda, mayın 18-də qarşılaşacaqlar.
“Bu, təkcə seçkilərdə qələbə deyil, bu, rumın ləyaqətinin qələbəsidir. Bu, ümidi itirməyən və hələ də azad, dəyərləndirilən və suveren Rumıniyaya inanan insanların qələbəsidir” – Simion bildirib.
Siyasi tədqiqatçıların fikrincə, Simionun qələbəsi ola bilsin, Rumıniyanı beynəlxalq təcrid vəziyyətinə salsın və investisiyaları azaltsın. Corce Simion Ukraynaya hərbi yardım göstərilməsinə qarşıdır, Avropa İttifaqına qarşı tənqidi əhval-ruhiyyədədir və bildirir ki, ABŞ Prezidentinin “Amerikanı yenidən möhtəşəm edək” hərəkatının ideyalarını bölüşür.
Xatırladaq ki, Rumıniyada prezident seçkiləri 2024-cü ilin noyabrında da keçirilib. Müstəqil sağçı namizəd Kalin Corcesku o zaman seçkilərdə qalib gəldi, lakin Rumıniya Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini ləğv etdi. Konstitusiya Məhkəməsinin hakimləri bildiriblər ki, birinci turda Rusiyanın təsirini təsdiqləyən kəşfiyyat sənədlərinə əsaslanaraq, nəticələrin etibarsız sayılması barədə qərar qəbul ediblər.