Rumıniyanın Konstitusiya Məhkəməsi ifrat sağçı namizəd Corce Simionun prezident seçkilərinin ikinci turunun nəticələrinin ləğv edilməsi ilə bağlı vəsatətini təmin etməyib
Rumıniyanın Konstitusiya Məhkəməsi ifrat sağçı namizəd Corce Simionun prezident seçkilərinin ikinci turunun nəticələrinin ləğv edilməsi ilə bağlı vəsatətini təmin etməyib

 

Rumıniyanın Konstitusiya Məhkəməsi ifrat sağçı namizəd Corce Simionun prezident seçkilərinin ikinci turunun nəticələrinin ləğv edilməsi ilə bağlı vəsatətini təmin etməyib.

“Məsələnin müzakirəsindən sonra Konstitusiya Məhkəməsi yekdilliklə seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı vəsatəti əsassız hesab edərək təmin etmədi. Son qərardır və Mərkəzi Seçki Bürosuna təqdim olunub” – məhkəmənin bəyanatında qeyd olunub.

Buna cavab olaraq Corce Simion tərəfdarlarını mübarizəni davam etdirməyə çağırıb.

Bununla yanaşı, bu gün iclasda Konstitusiya Məhkəməsinin hakimləri prezident seçkilərinin nəticələrini rəsmən təsdiqləyiblər. Seçkilərdə qalib gələn Nikuşor Dan və müvəqqəti prezident iclasda iştirak edirdi.

Məlumat üçün bildirək ki, mayın 18-də Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda Buxarestin meri Nikuşor Dan ifrat sağçı namizəd Corce Simionu məğlub edib. O, 53.60% səs toplayıb. Daha sonra Corce Simion seçkilərin nəticələrini şikayət edəcəyini bəyan edib.