Rumıniyanın Energetika Nazirliyi, Azərbaycandan alınan xam neft partiyasının çirklənmiş olması səbəbilə fövqəladə vəziyyət elan edib
Rumıniyanın Energetika Nazirliyi Azərbaycandan alınan xam neft partiyasının çirklənmiş olması səbəbilə fövqəladə vəziyyət elan edib. Bu barədə yerli media məlumat yayıb.
Nazirliyə Azərbaycandan gələn neftlə bağlı problemi OMV Petrom şirkəti bildirib. Şirkət 16–18 iyul tarixlərində Türkiyənin Ceyhan limanında 92 min ton xam neft partiyası qəbul etmişdi, lakin boşaltma zamanı aparılan yoxlama nəticəsində məlum olub ki, həmin partiya üzvi xloridlər ilə çirklənib.
Aparılmış analizlərin nəticəsinə əsasən, şirkət əlavə 92 000 tonluq neft partiyasının yüklənməsindən imtina etmək qərarına gəlib.
Fasiləsiz işləməni təmin etmək və daxili bazarda qıtlığın qarşısını almaq üçün şirkət dövlət ehtiyatlarından 80 min ton neft və 30 min ton dizel yanacağı tələb edib.