Rumıniyada prezident seçkiləri keçirilir

11:42, 04.05.2025

Rumıniyada prezident seçkiləri keçirilir. Səsvermə məntəqələri səhər saat 07:00-da açılıb və 21:00-da bağlanacaq. Hazırda seçkilərdə ümumilikdə 11 namizəd iştirak edir.

İctimai rəy sorğularının nəticələrinə görə, seçkilərdə ifrat sağçı müxalifət partiyası olan AUR – “Rumınların Birləşmə Alyansı”nın lideri Corc Simion liderlik edir.

Xatırladaq ki, Rumıniyada prezident seçkiləri 2024-cü ilin noyabrında da keçirilmişdi. Həmin vaxt seçkilərdə müstəqil sağçı namizəd Kalin Corcesku qalib gəlmişdi, lakin Rumıniya Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini ləğv etdi. Konstitusiya Məhkəməsinin hakimləri qərarın kəşfiyyat sənədlərinə əsasən qəbul olunduğunu bildirdilər – həmin sənədlər seçkilərin birinci turuna Rusiyanın təsirini sübut edirdi.

Oxşar