Ruminiyada çoxsaylı aksiya keçirildi
Ruminiyada çoxsaylı aksiya keçirildi

Ruminiyada çoxsaylı etiraz aksiyası keçirildi. Buxarest küçələrinə 50 mindən artıq insan çıxdı.

Onlar hökumət tərəfindən qəbul olunan  yeni qanuna etiraz edirlər.

Həmin qanuna əsasən korrupsiya cinayətində ittiham olunanların cəzalandırılması daha çətin olacaq.

Eyni zamanda etirazçılar bəyan edirlər ki, hökumət bununla məhkəməyə təziq göstərə biləcək.

Buxarestdə Universitet Meydanında etirazçılar və polis arasında qarşıdurma da baş verdi.

Yayılan məlumata görə, bənzər aksiyalar buna qədər Ruminiyanın başqa şəhərlərində də keçirildi və sonralar, mitinqçilər Buxarestə keçdilər.

Ruminiyada etiraz aksiyaları keçən il də keçirildi.