Rumıniyada, Çernavoda Atom Elektrik Stansiyasının yaxınlığında Dunay çayında suyun səviyyəsini qaldırmaq məqsədilə dörd barja batırılacaq

14:08, 05.08.2026

Rumıniyada, Dunay çayında, Çernavoda Atom Elektrik Stansiyasının yaxınlığında suyun səviyyəsini qaldırmaq üçün dörd barjanın batırılması planlaşdırılır. Çünki stansiyanın təhlükəsiz fəaliyyəti məhz su səviyyəsindən asılıdır. Bu barədə Digi24 məlumat yayıb.
Medianın məlumatına görə, Rumıniya yerli vaxtla saat 14:00-da Çernavoda Atom Elektrik Stansiyasının yaxınlığında suyun səviyyəsini artırmaq məqsədilə daşlarla yüklənmiş dörd barjanı Dunay çayında batırmaq qərarına gəlib.
Bundan əvvəl aparılan ilk mühəndis işləri – xüsusilə çay yatağının dəyişdirilməsi üçün qayaların partladılması nəticəsində suyun səviyyəsini artıq iki santimetr artırmaq mümkün olub.
Çernavoda Atom Elektrik Stansiyasında artıq bir enerji bloku dayandırılıb. Bunun nəticəsində Rumıniyanın elektrik enerjisi istehsal gücü təxminən 10 faiz azalıb.
Hazırda ikinci enerji blokunun da fəaliyyətinin dayandırılması təhlükəsi var.

Oxşar