Rumıniyada Çernavoda Atom Elektrik Stansiyasının dayandırılması prosesinə başlanılıb, Dunay çayında suyun səviyyəsinin aşağı düşməsi səbəbindən stansiyanın təhlükəsiz işləməsi mümkün deyil
Rumıniyada Çernavoda Atom Elektrik Stansiyasının dayandırılması prosesinə başlanılıb, Dunay çayında suyun səviyyəsinin aşağı düşməsi səbəbindən stansiyanın təhlükəsiz işləməsi mümkün deyil
Rumıniyada Çernavoda Atom Elektrik Stansiyasının dayandırılması prosesinə başlanılıb, çünki Dunay çayında suyun səviyyəsinin aşağı düşməsi səbəbindən onun təhlükəsiz fəaliyyətini davam etdirməsi mümkün deyil. Bu barədə Rumıniya mediası məlumat yayıb.
Medianın məlumatına görə, Çernavoda Atom Elektrik Stansiyasında ikinci enerji blokunun dayandırılması prosedurlarına başlanılıb.
Stansiyanı istismar edən şirkətdə bildirirlər ki, ikinci enerji blokunun dayandırılması qərarı Dunay çayında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsi ilə əlaqədardır. Şirkətin məlumatına görə, proses belə hallar üçün müəyyən edilmiş prosedurlara uyğun şəkildə həyata keçirilir, reaktorların yenidən işə salınması barədə qərarı isə mütəxəssislər Dunayın su vəziyyəti ilə bağlı sonrakı proqnozlar əsasında qəbul edəcəklər.
Yayılan məlumata görə, Çernavoda rayonunda Dunay çayında suyun səviyyəsini artırmaq məqsədilə ötən həftə daşlarla yüklənmiş dörd barja batırılıb. Rumıniya hakimiyyəti bununla stansiyanın fəaliyyətinin dayandırılmasının qarşısını almağa çalışıb. Bundan əvvəl də eyni məqsədlə qayalıqda partlayış həyata keçirilib. Hakimiyyətin bildirdiyinə görə, bu tədbirlər stansiyanın fəaliyyətini təxminən bir həftə uzadıb.