Rumıniya və Bolqarıstan Şengen zonasının tamhüquqlu üzvləri oldular
Rumıniya və Bolqarıstan Şengen zonasının tamhüquqlu üzvləri oldular.
İki ölkə quru sərhəd nəzarətini ləğv edib və vətəndaşlarının pasport nəzarəti olmadan səyahət edə biləcəyi bloka qoşulub.
“Reuters”in məlumatına əsasən, Bolqarıstanın sərhəd məntəqəsində Şengen zonasına üzvlüyü atəşfəşanlıqla qeyd ediblər, Bolqarıstan və Rumıniyanın daxili işlər nazirləri Dunay çayının Dostluq körpüsündə səddi rəmzi olaraq açıblar.
Keçid beynəlxalq ticarət tranzitinin mühüm məntəqəsidir.
“Bu, tarixi məqamdır. Cənubdan şimala, Yunanıstandan Finlandiyaya və qərbdən Portuqaliyaya sərhədlər olmadan səyahət etmək mümkündür” – Bolqarıstanın Baş naziri Dimitar Qlavçev bildirib.